ANAMA cəbhə bölgəsini yoxlayır

ANAMA cəbhə bölgəsini yoxlayır
  27 Aprel 2016    Oxunub:936
Bu gün cəbhəboyu rayonlarda 20 partlayış yeri yoxlanılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AzVision.az-a verilən məlumata görə, bu barədə aprelin 26-da Agentlik tərəfindən Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.

Tərtər rayonu

Qapanlı kəndi - 1 ev və həyətyanı sahədə, 1 tibb məntəqəsində 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.

Qaradağlı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 9 700 kv.m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Cəmi: 4 ev və həyətyanı sahə, 1 tibb məntəqəsi, 13 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat aşkar edilib və 16 700 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Alıxanlı kəndi - 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb və nəticə etibarilə 1 120 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Təzəkənd kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, PHS aşkar edilməyib və nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.

Əfətli kəndi - ərazisindən keçən Qarqar çayı ilə axıb gələn və 25 aprel 2016-cı il tarixində aşkar edilərək işarələnmiş 1 ədəd piyada əleyhinə mina (PMN) partlayış yolu ilə zərərsizləşdirilib.

Cəmi: 1 ev və həyətyanı sahə, 1 partlayış yeri, 25.04.2016-cı il tarixində işarələnmiş 1 ədəd PMN zərərsizləşdirilib.

26 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 5 ev, 1 tibb məntəqəsi, 20 partlayış yeri yoxlanılıb, 2 ədəd PHS, 25.04.2016-cı il tarixində işarələnmiş 1 ədəd mina zərərsizləşdirilib və 19 820 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən 7-26 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz və Samux rayonlarında 348 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 289 ədəd PHS və 10 ədəd PMN aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti