Tərtərin icra başçısı: `Ermənilər 4 evə ziyan vurub`
İcra başçısı qeyd edib ki, düşmənin atdığı mərmilər Tərtərin Yuxarı Qapanlı kəndində 1 evi tamamilə dağıdıb: “Düşmən təxribatı nəticəsində Əskipara kəndində 3 evə ziyan dəyib. Rayon sakinlərindən xəsarət alan olmayıb. Həmçinin 35 KV-lıq İsmayılbəyli yarımstansiyasından gələn elektrik xətlərin vurublar. Dəymiş ziyanla bağlı məlumatlar Dövlət Komissiyasına təqdim edilib”,-deyə icra başçısı vurğulayıb.
Ümumilikdə gecə saatlarında gedən atışma nəticəsində Tərtərdə 4 evə ziyan dəyib.
Qeyd edək ki, ermənilərin aprelin 25-dən 26-na keçən gecə Tərtər rayonunu artilleriya atəşinə tutması nəticəsində 20-dən çox evə ziyan dəymişdi. Həsənqaya və Qaynaq kəndində iki ev tamamilə dağılıb.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


