`Siyasi meyidlərin qəbrini qazmaqla məşğulam`

`Siyasi meyidlərin qəbrini qazmaqla məşğulam`
  27 Aprel 2016    Oxunub:1691
“Azadlıq” qəzetində və sosial şəbəkədə haqqımdakı yazıları başqa imzalarla birbaşa Əli Kərimlinin özü yazır. İşi-gücü olmayan bir adamdır. Bekarçılıqdan edir. Əslinə qalsa, Əli Kərimli düz deyir. Niyaməddin Orduxanlı Əli Kərimli kimi siyasi meyidlərin qəbrini qazmaqla məşğuldur”

Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı son günlər “Azadlıq” qəzetində Mərkəzi Seçki Komissiyasına müxalifətdən əvəzedici üzv təyin olunması ilə bağlı gedən yazılara münasibət bildirərkən deyib. Onun sözlərinə görə hazırda Kərimlinin böhtan maşını yenə işə düşüb: “Bunların mahiyyəti budur. Mən düz 20 ilə yaxındır ki, Əli Kərimlini öz lideri Əbülfəz Elçibəyə, dostlarına, silahdaşlarına və tələbə yoldaşlarına xəyanətlərindən bəhs edirəm. İndi mən nə edim ki, Əli Kərimli Qarabağ məsələsində də ermənilərin maraqlarından çıxış edir? Susum? Əli Kərimli onu görməyəcək! Bu cür şantajları ilə heç bir nəticə əldə edə bilməz”.

Qənimət Zahidin sosial şəbəkədə onun şəkillərini yayması ilə bağlı isə Orduxanlı bildirib ki, gündə 40 bokal pivə içən adamdan başqa nəsə gözləmir: “Yəqin, kefli olur, ayılanda nə iş gördüyünü belə, xatırlamır”.


Teqlər:





Xəbər lenti