Zakir Həsənov cəbhədə, düşmən atəş açdı - Xronika

Zakir Həsənov cəbhədə, düşmən atəş açdı - Xronika
  27 Aprel 2016    Oxunub:3786
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 26-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Düşmənin hərbi obyektlərinə zərbələr endirilib - Müdafiə Nazirliyi

Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

***

Sarkisyan İrəvanda təhlükəsizliyi gücləndirir

İrəvanda post-patrul xidmətinin işi gücləndirilib.

***

Qarabağda iki erməni hərbçi məhv edildi

Cəbhə xəttində iki erməni hərbçi məhv edilib.



`Azərbaycanda bütün azadlıqlar təmin edilir` - İlham Əliyev (VİDEO)

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işinə başlayıb.

***

Azərbaycanda vəhhabilərə qarşı əməliyyat - Tutulanlar var

Zaqatala rayonunda radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.

***

`Ermənistana beynəlxalq təzyiq göstərilmir`- Prezident

“Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bildirib.

***

İspaniya Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo ilə görüşüb.

***

XİN erməni yalanlarını ifşa etdi

Öz məsuliyyətini gizlətmək üçün Ermənistan yalan təbliğatla məşğuldur”. Erməni yalanlarına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin mənzil qəraragahı Nyu-Yorkda yerləşən Eurasianet.org portalında aprelin 25-də “Dağlıq Qarabağ: Mülki insanların əsl vəziyyəti” adlı məqaləsi dərc edilib.

***

Cəbhədəki vəziyyətlə bağlı nazirlikdən Açıqlama

Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir.

***

Pan Gi Mun Bakıya videomüraciət göndərdi
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində BMT-nin baş katibi Pan Gi Munun iştirakçılara videomüraciəti nümayiş olunub.

***

Ermənilər ATV-nin əməkdaşını yaraladı - VİDEO

Erməni silahlı birləşmələri atəşkəsi pozublar.



`Düşmənin postları dağıdılıb` - Zakir Həsənov Tərtərdə (FOTOLAR)

`Düşmənin postları dağıdılıb`. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayon sakinləri ilə görüşündə deyib.

***

`Bal deməklə ağız şirin olmur` - Ərdoğan Bakıdan səsləndi (Video)

`Bu gün Ege və Ağ dənizdən çıxarılan insanların sayı 100 minə çatıb. Onları ölümdən xilas edə bilmişik`. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
***

Zakir Həsənov ermənilərin dağıtdığı evlərə baş çəkib

“Bu gün səhər saatlarında müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonuna gəlib və sakinlərlə görüş keçirib. Nazir sakinlərlə görüşdən sonra ötən gün düşmən tərəfindən dağılan evlərə baş çəkib”. Bunu Tərtərin icra başçısı Müstəqim Məmmədov deyib.

***

Ermənilərin Tərtərdə dağıtdığı evlər - FOTOLAR

Ermənilərin minaatanlardan və iri çaplı silahlardan atəşə tutması nəticəsində cəbhənin Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.



`Ermənilər heç vaxt belə silah görməyib` - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan “Spike” raketinin “uğursuz tətbiqinə” dair düşmənin yaydığı məlumata münasibət bildirib.

***

`Hələ gec deyil, hədəflərə nail ola bilərik` - Məmmədyarov

Həll edilməmiş münaqişələr ekstremist qruplara şərait yaradır. Biz münaqişələrin həllinə çalışmalıyıq. Hələ də gec deyil, nəzərdə tutduğumuz hədəflərə nail ola bilərik”. Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində baş tutan “Zorakı ekstremizmə qarşı platforma və tərəfdaşlıq” adlı panel müzakirəsində çıxışı zamanı Azırbaycanın xarci işlər naziri Elmar Məmmədyarov bildirib.

***

ATƏT Sarkisyana sərt xəbərdarlıq etdi

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Ermənistanda jurnalistlərə kobud davranılması ilə bağlı bəyanat yayıb.

***

Biz `qutudan kənar` düşünməliyik - Məmmədyarov

“Atəşkəsin pozulması dövründə ASALA terrorçularının işğal olunmuş ərazilərimizdə görünməsinə təəccüblənmirik”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

***
Erməni tankını vurduğumuz silah – DOSYE+VİDEO

Aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan “Spike” raketindən istifadə olunub.

***

Sarkisyan generalları işdən qovdu

Ermənistan prezidenti Serj Sarkisyan yüksək rütbəli hərbçiləri işdən qovub.



İlham Əliyevin reytinqi açıqlandı - 97%

Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti - 86,2% bu seçkilərə qatılardı. Bunu "Rəy" Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirdiyi sorğunun nəticələri göstərib.

***

`Qarabağla bağlı mövqeyimiz qətidir` - Çavuşoğludan Rusiyaya cavab

`Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk qrupu həmsədrlərinin üzərinə vacib vəzifələr düşür`. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən iclasda deyib.



Azərbaycanda qadın`polis` tutuldu

Şəki polisi şəhər ərazisində polis geyimində şübhəli gəzən şəxsi saxlayıb. Saxlanılan 18 yaşlı xanım isə əməlini bilmədən etdiyini bildirib.

***

İrəvandakı partlayışla bağlı yeni təfərrüatlar

Ermənistanın paytaxtı İrəvanda baş verən partlayışla bağlı yeni təfərrüatlar məlum olub.

***

Qlobal Forumda Bakı bəyannaməsi qəbul edilib

Bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub.

***

`Dollar kreditləri ilə bağlı təkliflərimiz var` - Deputat

“Prezident bankların sağlamlaşdırılması ilə əlaqədar tapşırıqlar verib. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bunun üzərində işləyir və 1 ay müddətində həmin tədbirlər planı işlənib hazırlancaq”. Bunu iqtisadçı millət vəkili Vahid Əhmədov deyib.

***

`Ermənilər başa düşməlidirlər ki, uduzublar`

“Ermənilər öz ədalətsiz, haqsız iddialarından əl çəkməlidirlər. Başa düşməlidirlər ki, onlar uduzublar”. Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

***

İrəvanda Sarkisyanın istefası tələb olunur

İrəvanın mərkəzi meydanında etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur.
***

Bakı aeroportunda silahlı şəxslər saxlanıldı

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

***

Papanın Azərbaycana gələcəyi təsdiqləndi

Roma Papası 30 sentyabr- 2 oktyabr tarixlərində Azərbaycan və Gürcüstana səfər edəcək.

***

Sülh üçün yalvaran, müharibə üçün dilənən Ermənistan - KARİKATURA

***

Prezident və xanımının adından ziyafət verildi - FOTOLAR

BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu iştirakçılarının şərəfinə ziyafət verilib.



Zakir Həsənov ön cəbhədə - FOTOLAR

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

***

Məmmədyarov müharibə mesajı verdi

Ermənistan rəhbərliyinin bəyanatı məntiqsizdir. Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

***

Təcili Qarabağ müzakirəsi - Lavrov Nalbandyanla danışdı

Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub.

***
İlham Əliyevlə Sarkisyanın görüşü gözlənilir

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar.



Erməni vandalizmi - FOTOFAKTLAR

2 aprel 2016-cı il tarixindən etibarən Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb.

***

Erməni deputatdan etiraf: `Orduda ciddi problemlər var`

Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin davam etdiriləcəyini deyib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti