İspaniyadan Azərbaycana təklif: Qeyri-neft sektorunu bizimlə gücləndirin
Bu sözləri, İspaniya-Azərbaycan Biznes Forumunda iştirak üçün ölkəmizdə səfərdə olan İspaniya Ticarət Palatasının Beynəlxalq işlər üzrə direktoru Alfredo Bonet AzVision.az-a bildirib.
Alfredo Bonet, tərəflərarası əməkdaşlığın inkişaf etdirilməsi üçün, hər iki ölkənin şirkətlərinin biri- birini daha yaxından tanımasında fayda olduğunu qeyd edib. Qeyri-neft sektorunun inkişafı üçün səyləri birləşdirməyə çağırıb:
“Bu günə kimi, bir sıra ispan şirkətləri Azərbaycanda iş görüblər. Buna baxmayaraq, əməkdaşlığımızı daha da gücləndirməliyik. Bu baxımdan, əməkdaşlığa hər iki tərəfdən daha çox şirkətlər cəlb olunmalı və onların biri-birini yaxından tanımaları təmin edilməlidir. Biz bilirik ki, neftlə zəngin Azərbaycan hazırda qeyri- neft sektorunu inkişafına daha çox diqqət ayırıb. İspaniya isə bu sahədə artıq öz sözünü deyib. Bu istiqamətdə güclərimizi birləşdirmək hər iki tərəf üçün faydalı olar”.
Mahir Qurbanov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


