BQXK nümayəndələri erməni əsirə baş çəkdi

BQXK nümayəndələri erməni əsirə baş çəkdi
  27 Aprel 2016    Oxunub:1389
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları 2014-cü ilin dekabr ayında Ağdam rayonunda saxlanılan erməni hərbçiyə baş çəkiblər.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, başçəkmə aprelin 22-də baş tutub.

Hərbi əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

Qeyd edək ki, 2014-cü ilin dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç ələ keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti