Nazirlik həbsdən çıxanlara pul verdi
Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq işlər görülür. Bu məqsədlə keçən il və cari ilin ötən dövründə 184 nəfər belə vətəndaş üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa edilir. Mərkəz qeyd olunan şəxslərin sosial adaptasiya tədbirlərinə cəlb olunması, müvafiq hallarda onların hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


