Güclü yağışlar Daşkəsəndə qəzalı vəziyyət yaratdı

Güclü yağışlar Daşkəsəndə qəzalı vəziyyət yaratdı
  27 Aprel 2016    Oxunub:1921
Son günlər yağan aramsız yağışlar nəticəsində Daşkəsən rayonunda 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü qəzalı vəziyyətə düşüb.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən AzVision.az-a verilən məlumata görə, sözügedən körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Körpünün uzunluğu 10 metr, eni isə 5 metrdir.

Dərhal əraziyə ezam edilmmiş "Azəravtoyol" ASC-nin mütəxəssisləri tərəfindən körpüyə baxış keçirilib və avtonəqliyyat vasitələri üçün təhlükə yaratdığından körpünün hərəkətə bağlanaraq bərpa edilməsi qərara alınıb. Bərpa işləri zamanı körpü üzərindən yalniz piyadaların hərəkətinə icazə veriləcək.

Bərpa işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

AzVision.az


Teqlər:






Xəbər lenti