Kola rəngini dəyişdi

Kola rəngini dəyişdi
  22 İyul 2013    Oxunub:1658
Yeni məhsul yaşıl paket və yaşıl qapaqla satışa çıxarılıb.
Dünyanın ən böyük sərinləşdiriçi içki istehsalçı şirkəti olan "Coca-Cola" 126 illik ənənəsini pozub. Şirkət simvoluna çevrilən qırmızı rəngini dəyişib.

1887-ci ildən bu yana paketlərində, emblemlərində istifadə etdiyi qırmızı rəngi Argentinada kafeini azaldılmış, şəkərsiz məhsulu olan "Coca-Cola Life" üçün yaşıla dəyişib.

Yeni məhsul yaşıl paket və qapaqla satışa çıxarılıb. İçkinin şüşəsi də yenidən emal edilə bilir. Şirkətdən edilən açıqlamada yeni butulkanın digərlərindən fərqsiz kimi görünməsinə baxmayaraq, təbiətə daha az ziyan vurduğu bildirilir.



Teqlər:





Xəbər lenti