Mikayıl Cabbarova sualı olan var?

Mikayıl Cabbarova sualı olan var?
  22 İyul 2013    Oxunub:1202
Təhsil Nazirliyi vətəndaşların sualalrını cavablandıracaq.
22-25 iyul tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Facebook” səhifəsində təhsil sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallara cavab veriləcək. Bu barədə AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir.

Qurum sosial şəbəkədə istifadəçilərdən Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan və təkrarlanan suallarla müraciət etməməyi xahiş edir. Əks halda, belə suallar səhifədən silinəcək.

Suallar qısa müddət ərzində şərhlər vasitəsi ilə cavablandırılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti