Nazirimiz erməni həmkarı ilə görüşdü

Nazirimiz erməni həmkarı ilə görüşdü
  22 Fevral 2013    Oxunub:1714
Atəşkəsi Ermənistan pozduğu halda Seyran Ohanyan azərbaycanlı həmkarı Səfər Əbiyevi atəşkəs rejimini pozmamağa çağırıb.
Brüsseldə NATO üzv və İSAF-da təmsil olunan ölkələrin müdafiə nazirlərinin toplantısı çərçivəsində Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin görüşü olub.Bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın sözlərinə görə, görüşdə cəbhə xəttindəki vəziyyət, atəşkəs rejiminin qorunması məsələləri müzakirə olunub.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan azərbaycanlı həmkarı Səfər Əbiyevi atəşkəs rejimini pozmamağa çağırıb.


Teqlər:  





Xəbər lenti