Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  28 Aprel 2016    Oxunub:1897
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı, gün ərzində qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  






Xəbər lenti