`Kasprişik cəbhədən ermənilərə gizli məlumatlar ötürür`

`Kasprişik cəbhədən ermənilərə gizli məlumatlar ötürür`
  28 Aprel 2016    Oxunub:15622
“Azərbaycan rəsmi şəkildə ATƏT-in Minsk qrupuna yeni işğaldan azad etdiyimiz ərazilərdə monitorinqlərin aparılmasına qadağa qoymalıdır. Düşməndən azad olunan ərazilərin məlumatlarını ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik ermənilərə ötürür”.
Bunu AzVision.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan indiki halda ATƏT-in Minsk qrupunun həmin ərazilərdə monitorinq keçirməsinə icazə verməməlidir: “Monitorinqlərin aparılması təmas xəttinin dəyişməsi və digər məsələlərlə bağlıdır. Amma hələ ki, Moskvada iki ölkənin Baş Qərargah rəislərinin imzaladığı sənədin hansı məqsəd daşıdığı açıqlanmayıb. Əgər bu yeni bir sənəddirsə, o zaman Bişkek protokolu qüvvədən düşmüş hesab olunur. Yox, əgər sənəd yeni imzalanıbsa və Bişkekdə imzalanan protokolun təsdiqidirsə, o zaman bu protokol qüvvəsində qalır. Monitorinq tək cəbhə xəttinin dəyişməsi ilə bağlı deyil. Orada bir çox məsələlər var. Hesab edirəm ki, Azərbaycan indiki halda ATƏT-in Minsk qrupunun həmin ərazilərdə monitorinq keçirməsinə icazə verməməlidir”.

Hərbi ekspertin fikrincə, Anjey Kasprişik daha çox ermənilərlə işləyir və Azərbaycanın mövqeləri ilə bağlı məlumatları düşmən tərəfə ötürür.

“Anjey Kasprişikin tez bir zamanda dəyişilməsi gündəmə gətirilməldir. Fəaliyyəti dövründə o, erməni maraqlarına xidmət edib və Azərbaycanın bütün məlumatlarını qarşı tərəfə ötürüb: “Kasprişiklə 2001-ci ildə Ermənistana və işğal olunmuş ərazilərə səfər edən bir şəxs kimi deyə bilərəm ki, o daha çox erməni maraqlarına xidmət edir. Onun bu vəzifədə uzun illərdir saxlanılması məhz buna xidmət edir”,-deyə Ü.Cəfərov bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti