İmtahan cavabları ya bu gün, ya sabah bilinəcək

İmtahan cavabları ya  bu gün, ya sabah bilinəcək
  22 İyul 2013    Oxunub:3282
Hazırda abituriyentlərin "Cavab kartları"nın emalı prosesi aparılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri yaxın iki gün ərzində açıqlanacaq.

Qeyd edək ki, imtahanın nəticələri TQDK-nın saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.


Teqlər:  





Xəbər lenti