`İcra başçıları yenə öz qohumlarını siyahıya salacaq`
"Ancaq ikinci-müsahibə mərhələsi hər zaman problemli olur, narazılıq doğurur. Bu gün müzakirəyə çıxarılan qanun layihəsi isə qəbul olunarsa, bu narazılıq on qat artıracaq. Mən hər zaman müsahibənin əleyhinə olmuşam və bu gün də onun əleyhinəyəm. Müsahibə tamam yığışdırılmalıdır.
Deputat həmkarlarımdan biri, plenar iclaslardan birində demişdi ki, bir nəfər yeddi ildir testdən keçir, ancaq onu müsahibədən keçirmirlər və işə qəbul etmirlər. Bəs şəffaflıq hanı, harada qaldı?".
Ç.Qənizadə işə qəbulla bağlı müsahibələrin müvafiq icra orqanlarına həvalə edilməsini düzgün saymayıb: "Yenə də icra başçıları öz əmi oğlanlarını, dayı uşaqlarını siyahılara salacaq və istədikləri adamı müsahibədən keçirəcəklər. Yenə də öz bildiklərini edəcəklər, oxuyacaqlar.
Ona görə də hesab edirəm ki, dövlət qulluğuna işə qəbulla bağlı ancaq test imtahanı saxlanmalıdır, müsahibə tamam ləğv olunmalıdır. Bir sözlə, şəxsən mən bu sənədin əleyhinəyəm və plenar iclasa çıxarılacağı təqdirdə də, onun əleyhinə səs verəcəyəm".
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


