Türkiyədə meşələr yanır

Türkiyədə meşələr yanır
  22 İyul 2013    Oxunub:1408
Türkiyənim Biləcik bölgəsində meşə yanğınları daha geniş miqyas alıb.
Sıx duman yanğınsöndürənlərin işinə mane olur. Alovu qurudan söndürmək mümkün deyil. Təhlükəszilik əməkdaşları 3 vertolyot və su nasosuyla alovu nəzarət altına almağa çalışır. Yerli qurumların məlumatına görə, yanğın təqribən 200-250 hektar ərazini külə çevirib. Hazırda alov küləyin təsiriylə Mədətlı qəsəbəsinə doğru irəliləyir.

Əraziyə çoxlu sayda təcili-tibbi yardım briqadaları cəlb olunub. Hadisənin dəqiq səbəbləri barədə məlumat verilmir. Şahidlər isə bildirir ki, alov meşəyə yol kənarında qalanmış ocaqdan sıçrayıb. Ətrafda olan bir neçə gənc yanğını söndürməyə çalışsa da, bunu bacarmayıb və polisə xəbər verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti