`Tərtərdə 256 evə ziyan dəyib, 2 məktəb dağılıb` - İcra başçısı
M.Məmmədov bildirib ki, düşmən təxribatı nəticəsində 22-ə yaxın ev və 2 məktəb tamamilə dağıdılıb.
İcra başçısı, həmçinin qeyd edib ki, evləri tamamilə dağılan vətəndaşların heç bir kənddən çıxmayıb.
“Dəyən zərərin aradan qaldırılması üçün ilkin tədbirlər görülüb. Hazırda komissiya bununla bağlı iş aparır. Evləri qismən zərərçəkən sakinlərə təmir üçün müəyyən materiallar verilib. Rayon sakinlərinin hamısı yerindədir və heç kim kənddən çıxmayıb”-deyə M.Məmmədov vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


