Vitse-spikerdən irad: `Axı futbolçu alınıb-satılmır`

Vitse-spikerdən irad: `Axı futbolçu alınıb-satılmır`
  29 Aprel 2016    Oxunub:1771
Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib.
AzVision.az xəbər verir ki, Z. Əgərov qeyd edib ki, jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən ciddi yanlışlığa yol verirlər:

“Məsələn, bəzən ciddi bir mətbuat orqanında “Filan futbolçu 60 milyona satıldı”, yazırlar. Və yaxud da “Filan klub filan futbolçuya neçə milyon dollar ödədi”, “Filan futbolçunun qiyməti açıqlandı” və sair. Burada uzaq başı müqavilənin qiyməti olar, axı futbolçu alınıb-satılmır. Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti