40 abituriyent imtahandan qovulub

40 abituriyent imtahandan qovulub
  22 İyul 2013    Oxunub:918
İyulun 21-də 1-ci ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 21-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verlən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində baş tutub.

İmtahan bütün binalarda saat 11:00-da başlamış və 3 saat ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanmış və imtahanın gedişi nəzarətdə saxlanıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 40 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti