Məleykə Abbaszadə:``Facebook`a ona görə girirəm ki...`

Məleykə Abbaszadə:``Facebook`a ona görə girirəm ki...`
  29 Aprel 2016    Oxunub:2239
"Sosial şəbəkələrdən ancaq öz uşaqlarımın səhifələrinə baxmaq və yeni məlumatlar əldə etmək üçün istifadə edirəm".
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN" radiosunun “Qəbuldasan” verilişində deyib.

O bildirib ki, Ana dili və Riyaziyyat fənnindən buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər: "Amma hələ ki buraxılış imtahanının səviyyəsi, xüsusi ilə 1-2 ci qrupda olan riyaziyyat fənnində olan suallarla buraxılış imtahanında olan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də, hələ bu prosesin resllaşması mümkün deyil.

Biz bununla bağlı iş görürürük, bu proses 3 il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları 3 fəndən ibarət olsun".


AzVision.az


Teqlər:  





Xəbər lenti