Ötən günün ən səs-küylü xəbərləri - Xronika

Ötən günün ən səs-küylü xəbərləri - Xronika
  30 Aprel 2016    Oxunub:3085
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 29-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

7 ermənini öldürən Permyakovdan yeni xəbər var

Ermənistanda 2015-ci ildə Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

***

Erməni deputat 100 milyon oğurlayıb ölkədən qaçdı

Çiçəklənən Ermənistan Partiyasının deputatı Abram Manukyan 100 milyon dollardan çox partiya pulunu oğurlayaraq ölkəni tərk edib.

***

ŞOK: Bu bölgələrdə valideynlər övladlarından imtina edir

“Azərbaycanda daha çox Quba, Şəmkir rayonlarında, Sumqayıt şəhərində, Bakının Sabunçu, Xəzər, Qaradağ rayonlarında valideynlər uşaqlarını internat məktəblərinə verir”.

***

Tərtərdə ermənilərin ziyan vurduğu evlər təmir edilir

“Ötən gecə atışma olmayıb. Hazırda Tərtərdə sakitçilikdir və vətəndaşlar gündəlik təsərrüfat işləri ilə məşğul olurlar”. Bu barədə Tərtərin icra başçısı Müstəqim Məmmədov bildirib.

***

Ermənistanın eks-nazir müavini: `Ordumuz hər gün zəifləyir`

Ermənistanın müdafiə nazirinin sabiq müavini Andranik Koçaryan yüksək rütbəli hərbçilərin istefasına münasibət bildirib.

***

Ermənilər İŞİD-çilərə nüvə materialı satmaq istəyib

Dünən Gürcüstanda daha beş nüvə qaçaqmalçısı saxlanılıb. Bu ölkədə son həftələrdə nüvə qaçaqmalçılığı yüksək həddə çatıb. Saxlanılanların əksəriyyəti isə ermənilərdir.

***

SS-in erməni variantı - KARİKATURA

Alman Dövlət Gizli Polisi idarəsi olan Gestapo SS-lərin (Qara Köynəklər) lideri olan Henrix Himmlerin rəhbərliyi altına keçdikdən sonra əsl işgəncə maşınına çevrildi.

***

`Belə biabırçılıqlar olmamalıdır` - Oqtay Əsədov

“Bəzi saytlar silahların növləri və onların hansı məsafədə vurması, necə idarə olunması ilə bağlı məlumatlar yazır. Bu, düzgün deyil. Eyni zamanda parlamentdə də bu məsələlərdən danışan zaman diqqətli olmaq lazımdır”. Bunu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

***

Universitetlərin maliyyələşdirilməsinə yenidən baxılacaq

“Ali təhsil müəssisələrinin nəzdində texnoparkların yaradılmasına başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir”. Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxışı zamanı deyib.

***

Kaliforniyada erməni seksual manyak tutulub

Amerikanın Kaliforniya ştatının Kamarilo şəhərində polis əməkdaşları 15 yaşlı qıza qarşı seksual təcavüzə cəhd etməkdə ittiham edilən şəxsi saxlayıb.



Milli Məclisdə Sarkisyan Hitlerlə müqayisə edildi

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputatlar son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildiriblər.

***

`Bayrağımızın dirəyindən yapışıb `selfie` çəkdirək...` - Bahar Muradova

“Azərbaycan heç kimə sübut etməli deyil ki, bizim nəyə haqqımız var və ya yoxdur. Bunu ancaq beynəlxalq hüquq müəyyən edir. Ölkələrin həm vəzifələri, həm də öhdəlikləri var”. Bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin plenar iclasında çıxışı zamanı deyib.

***

`Azərbaycanı müdafiə edən politoloqları efirə qoymurlar`-Fuad Abbasov

“Rusiya televiziyalarında mühüm postları tutan ermənilər Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycana qarşı təbliğat aparıblar”. Bunu Türkiyənin "İhlas" informasiya agentliyinin Moskva bürosunun keçmiş əməkdaşı Fuad Abbasov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

***

Məmmədyarov həmsədrlərlə görüşcək

Gələn ay Avropa şəhərlərinin birində, böyük ehtimalla, Brüsseldə Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırırıq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə danışıqlara dair keçirilən brifinqdə deyib.

***

`Eurovision`dan ermənilərə zərbə - Bayrağa qadağa qoyuldu

“Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları bu il üçün olan “bayraqlar siyasəti”ni təqdim edib.



Ermənilərin güllələdiyi əhali - FOTOLAR

Aprelin 29-da Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqələrinə endirdiyi artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər.

***

`Şərtlər sülh prosesini öldürür` - Elmar Məmmədyarov

“Azərbaycan danışıqlardan çıxmayıb və bizə danışıqların nəticəsinin olması lazımdır”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

***

`Gəlin, məğlub olduğumuzu deməyək` - Erməni deputat

“Biz döyüşlərdə məğlub olduğumuz haqda danışmayacağıq”. Bu barədə Ermənistan parlamentində təmsil olunun müxalif Milli Konqres Partiyası fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

***

İlham Əliyev Ağsuda açılışlar etdi - FOTOLAR (VİDEO)

Azərbaycan prezidenti İlham Əliyevin Ağsu rayonuna səfəri edib.

***

Ermənistanın sabiq baş naziri : `Atom silahımız var`

Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahına sahib olduğunu bildirib.

***

Sarkisyan 4 günlük müharibəyə görə deputatları danladı: `Niyə susurdunuz?`

Ermənistan prezidenti Serj Sərkisyan aprelin 27-də axşam hakim Respublika partiyasının parlament fraksiyasının üzvləri ilə təcili iclas keçirərək onları danlayıb. Üstəlik bəzi deputatların mandatlarının alına biləcəyinə və tutduqları vəzifələrdən çıxarılacağna eyham vurub.



Zakir Həsənov tapşırıq verib: `Dinc əhaliyə atəş açılmasın`

***

İlham Əliyev: `Sosial məsələlər uğurla həll olunur`

“Son illər ölkədə 500 xəstəxana və tibb ocağı tikilib. Bu onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur”. Bunu Azərbaycan prezidenti İlham Əliyev bunu Ağsu rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

***

Məleykə Abbaszadə:``Facebook`a ona görə girirəm ki...`

"Sosial şəbəkələrdən ancaq öz uşaqlarımın səhifələrinə baxmaq və yeni məlumatlar əldə etmək üçün istifadə edirəm". Bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN" radiosunun “Qəbuldasan” verilişində deyib.

***

Ermənistan parlamentində etiraf - `O torpaqlar bizim deyil...`

"Dağlıq Qarabağ və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir".

***

Prezidentdən iki universitetlə bağlı sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb.

***

`Sualları yayanları məhkəməyə verəcəyik` - Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə magistratura imtahanlarından sonra sual kitabçasının verilməməsi məsələsinə münasibət bildirib.

***

`Qarabağın sülh yolu ilə həlli üçün hələ imkanlar var`- Oqtay Əsədov

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Malta xarici işlər naziri Corc Vellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



Ermənilərin təsərrüfata vurduğu ziyan - FOTOLAR

***

İlham Əliyev: `İnsanların rifah halı daha da yaxşılaşacaq`

“Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Sosial məsələlərin həllində səhiyyə, əlbəttə ki, ön plandadır. Son illər ərzində Azərbaycanda 500-dən çox xəstəxana, tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. İnsanlara gözəl xidmət göstərmək üçün bütün imkanlar var”. Bu fikirləri prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

***

Rusiyadan Azərbaycana Qarabağ təklifi - Məmmədyarov danışdı

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberqə bənzəyir”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

***

Ərdoğanın müşaviri Qarabağ cəbhəsində - İrəvana sərt mesajlar

Dağlıq Qarabağ təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının problemidir`. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib.

***

`2016-cı il dərin iqtisadi islahatlar ilidir` - İlham Əliyev

“2016-cı il isə dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında çıxışı zamanı bildirib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti