Zaqatalada partlayış: polis kapitanı yaralanıb
Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir. Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Əliabad qəsəbəsində Zaqatala RPŞ-nin Əliabad qəsəbəsində yerləşən polis sahə müvəkkilinin iş otağında baş verib. İlkin məlumata görə, Əliabad qəsəbəsində sahə müvəkkili işləyən polis kapıtanı Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman anidən partlayış baş verib. Nəticədə sahə müvəkkili çox saylı qəlpə yaraları alıb.
Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


