IV qrup abituriyentlərinin nəzərinə!

IV qrup abituriyentlərinin nəzərinə!
  22 İyul 2013    Oxunub:918
İyulun 28-də ali təhsil müəssisələrinin dördüncü ixtisas qrupu və orta hərbi tibb məktəbinə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılan müvafiq şöbəyə daxil olaraq iş nömrəsi, şifrə və kodu daxil etməklə "İmtahana buraxılış vərəqəsi"ni əldə edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına iyulun 14-dən başlanıb. Ali məktəblərə ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə, iyulun 21-də isə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. Növbəti imtahanlar isə iyulun 28-də IV, avqustun 3-də isə II ixtisas qrupu üzrə təşkil olunacaq.


Teqlər:  





Xəbər lenti