Dünya çempionatında bədbəxt hadisə

Dünya çempionatında bədbəxt hadisə
  22 İyul 2013    Oxunub:993
Moskvada keçirilən motosiklet üzrə dünya çempionatında bədbəxt hadisə baş verib.
8-ci dövrədə İtaliyanın "Qo-Eleven" komandasının üzvü Andrea Antonelli baş vermiş qəza nəticəsində həlak olub. 25 yaşlı idmançı əvvəlcə idarəetməni itirərək yıxılıb. Yerindən qalxmağa macal tapmayan Antonellini digər yarışçı motosikletiylə vurub.

Həkimlərin sözlərinə görə, Antonelli məhz 2-ci qəza nəticəsində dünyasını dəyişib. Faciəyə havanın yağışlı və yolun sürüşkən olması səbəb olub. Hadisədən sonra yarışın 2-ci mərhələsi təxirə salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti