`Facebook` və `İnstagram`da dələduzluq faktı

`Facebook` və `İnstagram`da dələduzluq faktı
  02 May 2016    Oxunub:1645
Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində “İnstagam” və “Facebook” sosial şəbəklərində saxta profillər vasitəsi ilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə “İnstagam” sosial şəbəkəsində yaratdığı “arif_memmedov.85”, eləcə də “baku_orujie_online” adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib.

Silah almaq istəyən şəxslər online sistemlər vasitəsi ilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərəçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





AzVision.az


Teqlər:





Xəbər lenti