Dərsliklər yenidən çap olunacaq - Təhsil Nazirliyi
Nazirlikdən onu da bildiriblər ki, I, V, IX siniflər üçün dərsliklər isə mövcud şagird kontingentinin tam həcmi qədər çap olunaraq məktəblərə çatdıralacaq.
Həmin dərsliklərdə yeniliklərə gəlincə, nazirlikdən bildirilib ki, yeni tədris ilində ümumtəhsil məktəblərinin IX sinifləri yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklərdən ilk dəfə olaraq istifadə edəcək. IX sinif dərsliklərinin və təkmilləşdirilərək təkrar çap olunacaq I, V sinif dərsliklərinin layihələri çapa verilməzdən əvvəl ictimai rəy və təkliflərin bildirilməsi üçün www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilib. Həmin səhifəyə daxil olaraq yerləşdirilmiş dərslik layihələri ilə tanış olmaq və fikir bildirmək mümkündür.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


