Ötən gün nə ilə yadda qaldı? - Mühüm xəbərlər

Ötən gün nə ilə yadda qaldı? - Mühüm xəbərlər
  03 May 2016    Oxunub:3009
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 2-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

`Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq` - İlham Əliyev

“Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır”. Bu barədə bu gün cəbhəyanı rayonlara səfər edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

***

Qarabağdakı narkotik işinə Sarkisyanın kürəkəni nəzarət edir - VİDEO

“Sarkisyanı Beynəlxalq tribunala vermək lazımdır. Azərbaycanın hüquq mühafizə orqanları ona qarşı kifayət qədər dəlil toplayıb. Xocalı faciəsi və son baş verənlər buna kifayət edir. Onun mülki əhaliyə qarşı etdikləri beynəlxalq səviyyəli bir cinayətdir”. Bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitənin sədri Əli Həsənov deyib.

***

`Rusiya ilə müharibə istəmirik` – NATO-nun baş katibi

“Rusiya ilə hər hansı qarşıdurma və yeni “soyuq” müharibə istəmir”. Bunu “Welt” nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

***

Kim Çen In toy və yaslara qadağa qoydu

Şimali Koreya lideri Kim Çen In Əmək Partiyasının qurultayına qədər ölkədə toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyub.

***

Ermənilərin Tehranda aksiya keçirməsi xəbəri yalan çıxdı

Tehranda qondarma “erməni soyqırımı”nın 101-ci ildönümü ilə bağlı aksiyanın keçirilməsi xəbəri təkzib olunub.



Polkovnik Murad Mirzəyevə Milli Qəhrəman adı verilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

***

`Mayın 9-dan sonra Qarabağ danışıqları aktivləşəcək` - Deputat

“9 May qələbə günündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi aktivləşəcək”. Bu barədə millət vəkili, politoloq Elman Nəsirov bildirib

***

Ermənistan bir həftədə 8 hərbçisini itirdi - SİYAHI

25 aprel -1 may tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 7 hərbçisi məhv edilib.

***

Azərbaycanda Hacı, Məşədi, Kərbəlayı adları qadağan olunub

2010-cu ildə qəbul edilən qərara əsasən dünyaya gələn uşaqlara yeni qaydada adlar qoyulmalıdır. Bu qaydalara əməl etməyən qeydiyyat şöbələri cəzalandırılacaq”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası sədr müavini Sayalı Sadıqova deyib.

***

Ter-Petrosyan Azərbaycan torpaqlarında

Ermənistanın ilk prezidenti (1991-1998), Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

***

Erməni həbçilərin müalicə və istirahət pulu ödənilmir

Ermənistanda hərbi qulluqçuların müalicəsi və istirahəti üçün nəzərdə tutulmuş məbləğ ödənilmir.



Turizm: Haradan gəlirlər, hara gedirik - İNFOQRAFİKA

Azərbaycana nə qədər turist gəlir? Haradan gəlirlər? Ən çox nə zaman gəliblər? Bəs biz özümüz turist kimi hara gedirik?

***

Dilqəmin ailəsi 3-cü dəfə Putinə müraciət edəcək - FOTO

2014-cü ildə Kəlbəcər rayonunda erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailəsi yenidən Rusiya prezidenti Vladimir Putinə müraciət edəcək.

***

Ordu üçün nə qədər pul yığıldı?

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb.

***

Fransanı heyran qoyan Araz: `Qarabağla bağlı çıxışlarımı efirə vermirdilər` (MÜSAHİBƏ)

“Fransada yaşayan ermənilər azərbaycanlı olduğum üçün mənə paxıllıq edirdilər. Onlar yarışmada qalib gəlməyimi istəmirdilər. Çalışırdılar ki, müsabiqəni tezliklə tərk edim. Ermənilər sosial şəbəkələrdə də mənə qarşı çirkin kampaniya aparırdılar”. Bunu AzVision.az-a müsahibəsində Fransanın TF1 telekanalında yayımlanan məşhur “The Voice” (“O səs”) yarışmasının azərbaycanlı iştirakçısı Araz Hümbətli deyib.

***

Ermənistan ordusunda geyim çatışmır

Ermənistan ordusunda hərbçilərin yağışdan qorunması üçün istifadə olaun çadır-plaş geyim formaları çatışmır.



`Ermənistanın xahişi ilə atəşkəsə razılıq verdik` - İlham Əliyev

"Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik". Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Tərtər rayonunda "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşündə deyib.

***

`Azərbaycanda erməni hərbçilərin cəsədi yoxdur`- BQXK

"Azərbaycan tərəfdə altı erməni əsgərin meyitinin olması barədə bizdə heç bir məlumat yoxdur". Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

***

Ali Baş Komandan: `Bir qarış da torpaq verməyəcəyik`

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

***

Kadırovun iki min nəfərlik dəbdəbəli toyu - VİDEO

Çeçenistanda ölkənin ilk prezidenti Əhməd – Hacı Kadırovun nəvəsinin dəbdəbəli toy mərasimi baş tutub.

***

`Danışıqlarda irəliləyiş müşahidə olunur`- Prezident

“Ordu quruculuğu siyasətimizin prioritetidir. Bu təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. 1994-cü ildə atəşkəs rejimi yaradılıbdır. Ancaq buna baxmayaraq, Ermənistan atəşkəs rejimini daim kobudcasına pozur. Xüsusilə görəndə ki, onlara qarşı münaqişə ilə bağlı beynəlxalq təzyiq artır, onlar atəşkəsi daha çox pozurlar və müxtəlif silahlı təxribatlara əl atırlar”. Bunu Ali Baş Komandan, Prezident İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissədə şəxsi heyətlə görüşündə deyib.

***

`Müharibə hər an başlaya bilər` - General Aydəmirov

`Ali Baş Komandan əmr versə, bir neçə gün ərzində Ermənistan ordusunu darmadağın edərik`

General-leytenant, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri Yaşar Aydəmirovun AzVision.az-a müsahibəsi:

***

Lavrovla Kerri yenə Qarabağı müzakirə edib

ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Serqey Lavrov arasındakı telefon danışığı olub.



`Ordumuz Ermənistana gücünü göstərdi` - Prezident

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 1-də cəbhə bölgəsinə səfər çərçivəsində Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndinə səfər ediblər.

***

Rusiya Ermənistana verdiyi silah sözünə əməl etmir

Ermənistan Rusiyanın silah müqavilələrini yerinə yetirməməsindən narahatdır.

***

Nazirliyin səlahiyyətləri məhdudlaşdırıldı

Ölkə ərazisində nəqliyyat şirkətlərinin sərnişin daşımalarına cəlb olunması qaydası dəyişib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti