`İqtisadi İslahatlar Mərkəzi`nin direktoru kimdir? – DOSYE

`İqtisadi İslahatlar Mərkəzi`nin direktoru kimdir? – DOSYE
  03 May 2016    Oxunub:15582
Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının qərarına əsasən Vüsal Əfras oğlu bu qurumun icraçı direktoru təyin edilib.

Bəs Vüsal Qasımlı kimdir?

AzVision.az xəbər verir ki, Vüsal Qasımlı 1992-ci Azərbaycan Dövlət İqtisad Universitetinə, 2004-cü ildə Gürcüstan İctimai Əlaqələr İnstitutuna qəbul olunub. O, 2009-cu ildə iqtisadi üzrə fəlsəfə doktoru və 2014-cü ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini (ilkin seminarda) müdafiə edib. 2013-cü ildə dosent elmi adını alıb.

Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Varşava Universiteti, Seulun Hanyan və Hankuk universitetləri və Rio-de Janeyro universitetində ictimai mühazirələr oxuyub. 2013-cü ildə Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda çalışıb. Azərbaycan, rus, koreya və ingilis dillərində 10 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi var.

Vüsal Qasımlının "Resursla zəngin ölkələr: Modernizasiya və Diversifikasiya" adlanan kitabı 2013-cü ildə Almaniyada və "Geoiqtisadiyyat" kitabı isə 2015-ci ildə Türkiyədə ingilis dilində nəşr olunub.

O, əmək fəaliyyəti zamanı ANS-Press Nəşriyyat Evinin prezidenti, Avropa İttifaqının və Asiya İnkişaf Bankının eksperti olub.

2012-ci ildə Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatını alıb. 2015-ci ildə Vüsal Qasımlı "Böyük 20-lər"in çərçivəsində fəaliyyət göstərən T20-də Azərbaycanı təmsil edib.

2011-2016-cı illərdə V.Qasımlı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri olub.

Vüsal Qasımlı ingilis, rus, türk və ispan (işçi səviyyədə) dillərini bilir. Ailəlidir, üç övladı var.


Teqlər:  





Xəbər lenti