Mario Qomez `Beşiktaş`dan gedir

Mario Qomez `Beşiktaş`dan gedir
  03 May 2016    Oxunub:1836
Türkiyənin “Beşiktaş” klubunun almaniyalı futbolçusu Mario Qomez komandanı tərk edir.
AzVision.az-ın məlumatına görə, bu barədə ulduz futbolçunun özü klub rəhbərliyinə yazılı şəkildə bildirib.

“Beşiktaş”dan ayrılan futbolçunun müqavilə ilə məxsus olduğu İtaliyanın “Fiorentina” klubunun şərəfini qoruyacağı ehtimal olunur. Ancaq, “Fiorentina” M.Qomezi satarsa, məbləğin 50 faizi “Beşiktaşa” veriləcək.

Qeyd edək ki, Türkiyə Super Liqasında 31 matça çıxan M.Qomez 24 qol vurub. Hazırda bombardirlər siyahısına başçılıq edən alman futbolçu UEFA Avropa Liqasında da 2 qol vurub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti