Vəzifəli şəxsin düşdüyü qəza ilə bağlı rəsmi məlumat

Vəzifəli şəxsin düşdüyü qəza ilə bağlı rəsmi məlumat
  03 May 2016    Oxunub:1910
Daxili İşlər Nazirliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Teyyub Cabbarovun xəsarət aldığı qəza ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində baş verib.

Məlumata görə, Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi, Teyyub Cabbarovun da sərnişin olduğu “Toyota” Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “QAZ-3110” markalı avtomobildə yanğın baş verib.

Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib. R.Haqverdiyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:






Xəbər lenti