`Ermənistan rəhbərliyi təxribatlarını davam etdirir` - Novruz Məmmədov

`Ermənistan rəhbərliyi təxribatlarını davam etdirir` -  Novruz Məmmədov
  03 May 2016    Oxunub:2416
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirib.

AzVision.az-ın Azərtac-a istinadən məlumatına görə, N.Məmmədov bildirib ki, bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır:

"Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər".

AzVision.az


Teqlər:  






Xəbər lenti