İqbal Ağazadənin müavini istefa verdi - Partiyada deputatlıq davası

İqbal Ağazadənin müavini istefa verdi - Partiyada deputatlıq davası
  04 May 2016    Oxunub:3029
Ümid Partiyasının sədri İqbal Ağazadənin gender məsələləri üzrə müavini Həcər Abbaslı vəzifəsindən və partiya sıralarından istefa verib.
AzVision.az-ın məlumatına görə, bu barədə H.Abbaslı sosial şəbəkədəki hesabında məlumat verib.

O, istefasının səbəbini partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi, idarəçiliyin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, prespektivi və ümumkomanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəmnində aparılması ilə əlaqələndirib.

"Qərarımı qətiləşdirən başqa bir fakt Azərbaycan Respublikası Milli Məclisinə 2016 ci il 18 İyun təkrar seçkilərində iştirak etmək istəyim və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən gizli şəkildə irəli sürməsi olub.

Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm", - deyə H.Abbaslı bildirib.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti