Hökumətdən sakinlərə bayram hədiyyəsi

Hökumətdən sakinlərə bayram hədiyyəsi
  23 İyul 2013    Oxunub:1610
Bayram münasibəti ilə avtodayanacaqlar ödənişsiz, ictimai nəqliyyat isə pulsuz olacaq.
Türkiyə hökuməti Ramazan bayramı münasibətilə sakinlərə hədiyyə etməyə qərar verib.Baş nazirin müavini i və hökumətin məruzəçisi Bülent Arınç bayram öncəsi müjdə vermək istədiyini, nazirlər kabinetinin bu istiqamətdə qərar qəbul etdiyini deyib.

“Bayram günü, 8 avqust saat 00.00-dan 11 avqust saat 24.00-ə qədər avtodayanacaqlar və körpülər ödənişsiz, bələdiyyələrə bağlı fəaliyyət göstərən ictimai nəqliyyat isə pulsuz və ya güzəştli xidmət göstərəcək. Artıq nazirlər kabineti bu istiqamətdə müvafiq qərarı qəbul edib” – deyə Bülent Arınç bildirib.

s.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti