Ermənistanda “ərik” inqilabı başladı

Ermənistanda “ərik” inqilabı başladı
  23 Fevral 2013    Oxunub:1710
Yeni inqilab “salamlaşma inqilabı” adlandırılıb. İnqilaba “ərik” adı verənlər də var
Ermənistan prezidentliyinə keçmiş namizəd, «İrs» partiyasının lideri Raffi Ovanisyan İrəvandakı mitinqdə çıxış edərkən ölkədə inqilabın başladığını bəyan edib. Bu barədə «Novosti-Armeniya»ya məlumat verib.
Seçkilərin elan olunmuş nəticələrini tanımaqdan imtina edən Ovanisyan sabah Aştarak, Vanadzor, Gümrü və Spitak şəhərlərində mitinq keçirmək fikrindədir. Fevralın 24-də onun tərəfdarları İrəvanda toplaşacaqlar.
Ovanisyan aksiyaların dinc xarakter daşıyacağını bildrib: “Əgər aksiyalar güc tətbiqi ilə dağıdılsa, günahkarlar xalq qarşısında cavab verəcəklər”.
Ovanisyanın tərəfdarlarından biri olan Stepan Səfəryan gözlənilən inqilabı “salamlaşma inqilabı” adlandırıb. «Cəmiyyət apatiyadan çıxır və inqilab hər kəsin qapısını döyərək salamlaşır», deyə o bildirib. Ovanisyanın cəbhəsində həmçinin inqilaba “ərik inqilabı” adı da verilib.


Teqlər:





Xəbər lenti