Şahzadənin oğlu oldu – VİDEO

Şahzadənin oğlu oldu – VİDEO
  23 İyul 2013    Oxunub:1078
Britaniya kraliçasının nəvəsi dünyaya gəlib. Bukinqhem sarayı Kembric hersoginyası Keyt Middltonla şahzadə Vilyamın oğlunun doğulduğunu təsdiq edib.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, Middlton körpəni Müqəddəs Mariya xəstəxanasında iyulun 22-də dünyaya gətirib. Uşağın çəkisi 3,8 kiloqram olub.

Qeyd edək ki, şahzadənin övladının dünyaya gəlməsini bütün britaniyalılar səbirsizliklə gözləyirdi. Bukinqhem sarayı ənənəni pozaraq jurnalistlərin elektron poçtlarına uşağın doğulması barədə məlumat göndərib. Halbuki əvvəllər yeni şahzadənin doğulması sarayın qarşısında qeyd olunurdu.



AzVision.az


Teqlər:





Xəbər lenti