H. Əlixanov həmçinin qeyd edib ki, son bir ildə vərəm xəstəliyindən ölən məhkumların sayı da kifayət qədər azalıb.
Azərbaycanda 6 min nəfərə yaxın məhkumun işlə təmin olunduğunu deyən ədliyyə general-mayoru bildirib ki, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların hüquqları qorunur və təhlükəsizlikləri də təmin olunur.
Qeyd edək ki, bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində Penitensiar Xidmətin CCM-larında cəza çəkən məhkumların əl işlərindən ibarət sərgi keçirilib. Müəssisənin zalında müxtəlif CCM-lardakı məhkumların əl işləri nümayiş etdirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


