Hava buludlu, lakin yağmursuz olacaq

Hava buludlu, lakin yağmursuz olacaq
  23 İyul 2013    Oxunub:1529
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaq. Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 27-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 16-21, gündüz 30-34° isti olacaq. Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Temperatur gecə 19-24°, gündüz 32-37° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Yaxın 3 gündə Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


Teqlər:





Xəbər lenti