Putinin “Axilles dabanı”

Putinin “Axilles dabanı”
  23 İyul 2013    Oxunub:3766
Rusiya prezidenti Vladimir Putinin yaşı onun hakimiyyətini təhlükə altında qoyur. Bu barədə keçmiş oliqarx Mixail Xodorkovski Almaniyanın N-TV telekanalına müsahibəsində deyib. O, “Putindən sonra” nə baş verəcəyi, Rusiyaya və özünə nə arzu etdiyi haqda danışıb.
Keçən il Vladimir Putin 60 illik yubileyini qeyd edib. Xodorkovski əminliklə söyləyib ki, 5 - 10 ildən sonra hazırkı Rusiya prezidenti siyasətçi kimi nüfuzunu itirəcək: onun ətrafı liderin yaşına görə təhlükəsizliklərindən ciddi şəkildə narahat olacaqlar.

Digər təhlükə - iqtisadiyyatın zəif inkişafına görə elitada yaranan münaqişələrdir. Xodorkovski hesab edir ki, prezidentin reytinqinin aşağı düşməsi də ciddi təhlükədir. Əgər prezident idarəni itirsə, Putin və adamları təhlükə altında qalacaq.

10 il həbsxanada olan Xodorkovski son illər ərzində ölkədə baş verən dəyişikliyi belə təsvir edib: “İnsanların bir hissəsi varlanıb, şəhərlərdə bir çox yeni tikililər inşa olunub, qonşu ölkələrdən axın artıb. Təəssüf ki, rejim daha çox sərtləşib, vətəndaş azadlıqları məhduddur, amma insanlar onlardan aktiv istifadə edir”.

Xodorkovski Rusiyaya “Avropa gələcəyi” arzu etdiyini söyləyib. “İnanıram ki, biz federasiya qalacağıq, amma güclü yerli hökumətlə prezidentin despot səlahiyyətləri hökumət, parlament və məhkəmə sistemi arasında yenidən bölünəcək. Prezident özü isə ali arbitr, ictimai proseslərin moderatoru və Konstitusiyanın zamini rolunu saxlayacaq. Ən vacibi ümid edirəm ki, dürüst seçkilərin və müxalifətin güclü rolu nəticəsində hakimiyyətdə dəyişiklik baş verəcək” – o əlavə edib.

Xodorkovski özü üçün çox şey arzu etmədiyini - yalnız ailəsinə qovuşmaq istədiyini bildirib. O, sonrakı planlar haqqında suala cavab verməkdən imtina edib: “Azadlığa çıxandan sonra bu barədə düşünəcəyəm. Çünki indi bu haqda düşünmək çox tezdir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti