`Park Cinema`da blokbasterlər mövsümü başladı

`Park Cinema`da blokbasterlər mövsümü başladı
  05 May 2016    Oxunub:1550
Blokbasterlər mövsümü açıqdır - İlin ən gözlənilən filmləri may ayında ekranlara çıxacaq
2016-cı ilin yay mövsümü dünya kinoprokatında olduğu kimi Azərbaycanda da blokbasterlər mövsümü olacaq. Artıq bu həftədən etibarən Azərbaycanda ilin ən çox gözlənilən filmlərinin premyeraları olacaq.

Bu həftənin ən mühüm kinohadisəsi Kapitan Amerikanın yeni macəralarından bəhs edən “İlk qisasçı: Qarşıdurma” filmi olacaq. Marvel studiyasının istehsalı olan bu filmdə çoxlu sayda komiks qəhrəmanının iştirakı filmin premyerasının böyük həyəcanla gözlənməsinə gətirib çıxarıb. Azərbaycanda da filmin və onun personajlarının olduqca çox fanatı olduğunu nəzərə alaraq ölkənin ən iri kinoteatrlar şəbəkəsi olan Park Cinema filmin premyerası ərəfəsində müsabiqə elan edib.

Mayın 19-da ekranlara daha bir blokbaster çıxacaq – “İks Adamlar: Apokalipsis”. Filmdə qisasçılar qədim mutant – Apokalipsislə döyüşəcəklər. Bu döyüş tək mutantlar üçün deyil, bütün bəşəriyyət üçün sonuncu ola bilər. Filmdə Apokalipsisə qarşı döyüşə Cenifer Lourensin qəhrəmanı Mistik başçılıq edir.

Mayın 26-da ekranlara çıxacaq film “Varkraft” blobasteridir. Mİnlərlə il əvvəl məğlub edilmiş şər qüvvə yenidən oyanıb və yer üzündəki bütün canlılar təhlükə altındadır. Ona qalib gəlmək üçün tək insanların gücü yetərli deyil – bütün canlılar birləşməlidir. “Varkraft” əfsanəvi saqanın başlanğıcı olaraq təqdim olunur və əgər uğur qazanarsa gələcəkdə blokbasterinin sikvelinin də çəkiləcəyini ehtimal etmək olar.

Mayın 26-da premyerası olacaq filmlərdən biri də “Alisa möcüzələr ölkəsində” filminin davamı olan “Alisa güzgü arxasında” blokbasteridir. Film 1871-ci ildə Lüis Keroll tərəfindən yazılmış kitabın əsasında çəkilib. Alisa nağılllar ölkəsinə nəfəs kəsən yeni səyahətə yola düşür. Bu dəfə o dostu – Sərsəm Şlyapaçını xilas etmək üçün güzgüdən keçərək nəhəng şahmat taxtasını xatırladan dünyaya düşür.

Onu da qeyd edək filmlərə 3D formatı ilə yanaşı Azərbaycanda İMAX texnologiyası ilə təchiz olunmuş yeganə kinoteatr olan Park Cinema Flame Tower-də İMAX formatında da tamaşa etmək olar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti