`ASAN Kommunal` mərkəzləri büdcədən maliyyələşməyəcək

 `ASAN Kommunal` mərkəzləri büdcədən maliyyələşməyəcək
  05 May 2016    Oxunub:7439
“ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, “ASAN Kommunal” mərkəzləri aidiyyatı qurumların vəsaiti hesabına təşkil ediləcək: “Digər qurumlar da bu prosesə cəlb edildikdə, onlar razılaşdırılmış şəkildə “ASAN Kommunal” mərkəzlərin fəaliyyətinə cəlb olunacaqlar”.

İ.Kərimov qeyd edib ki, “ASAN Kommunal” mərkəzləri ayrı binada fəaliyyət göstərəcək: “ “ASAN Kommunal” mərkəzləri fiziki baxımdan ayrı, amma “ASAN Xidmət” mərkəzlərinə yaxın, mümkün hallarda hətta bitişik binalarda fəaliyyət göstərəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti