`Ermənistan deyir ki, gəlin, müharibə edək` - Deputat

`Ermənistan deyir ki, gəlin, müharibə edək` - Deputat
  05 May 2016    Oxunub:3462
Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanısa, bu işin sonu yaxşı olmayacaq.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə Ermənistanın sərgilədiyi mövqeyə münasibət bildirərkən deyib.

“İrəvan “DQR”-nı tanısa, bu o deməkdir ki, danışığa ehtiyac yoxdur. Ermənistan bununla deyir ki, gəlin, müharibə edək. Ümumilikdə isə bu qərarın hüquqi qiyməti sıfıra bərabərdir və heç bir hüquqi qüvvəsi yoxdur. Ermənistan özünü qeyri-konstruktiv tərəf kimi təqdim etməklə danışıqları pozur və bütün məsuliyyət bu ölkənin boynunda olacaq. Azərbaycan isə öz torpaqlarını düşməndən azad etmək səlahiyyətini hər zaman özündə saxlayıb”.

Qeyd edək ki, bu gün Ermənistan hökuməti “DQR”in tanınması haqqında qanun layihəsini parlamentə göndərib. Bundan əlavə Ermənistan hökuməti qondarma “DQR”-ın tanınması haqqında qanun layihəsinə rəy verib.

Rəydə vurğulanıb ki, qanun layihəsinin qəbulu “DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır.

Həmin qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti