İranın məhrəm otaqları - FOTOLAR

İranın məhrəm otaqları - FOTOLAR
  23 İyul 2013    Oxunub:1756
İtaliyanın nüfuzlu “Fabrica” araşdırmalara mərkəzinin hazırladığı “İranın qonaq otaqları” (Iranian Living Rooms) kitabında bu günə qədər göstərilən və tanıdığımız İrandan daha fərqli bir ölkə ilə tanış oluruq. Mərkəz İranda yaşayan fotoqrafların köməyi ilə iranlıların evlərinə “girir”, harada yaşadıqlarını və nələr danışdıqlarını öyrənir.
Həyatllarını inqilabdan əvvəl və inqilabdan sonra deyə ayıran İran xalqı üçün qonaq otağının yalnız bir özəlliyi var: “Biz bu otaqlarda özümüz oluruq. Sərbəst olduğumuz, bəlkə də xəyal qurub başqa bir dünyaya inandığımız yeganə yer buradır”.

Qonaq otağı onların ad günlərini, yeni il, toy günlərini qeyd etdikləri və hətta ölümləri yaşayıb xatırladıqları yerdir... Həm matəm, həm də bayram otağı...Ayda bir dəfə imamların çağırıldığı, günahları bağışlansın deyə Allaha yalvarıb Quran oxuduqları bir məbəddir. İnsanların azad olduğu yeganə məbəd. İranlılar inqilabdan sonra qonşularla da aralarında uçurum yarandığını, evdə başqa, küçəyə çıxanda başqa insan olmaqdan yorulduqlarını deyir...

Qalereya




Teqlər:  





Xəbər lenti