Azərbaycanda kriminal avtoritetlər tutuldu

Azərbaycanda kriminal avtoritetlər tutuldu
  05 May 2016    Oxunub:2480
Salyanda kriminal dəstənin üzvləri saxlanılıb.
Xəbərə görə, özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gəlməklə, ondan 15 min manat alan Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (bir müddət əvvəl həbs olunan kriminal avtoritet “Tağı Salyanski”nin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu (“Krıtıy Rza” ləqəbli kriminal avtoritet) həbs edilib.

R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə əlaqələrinin olduğu, kriminal yolla yığılan pulların xəzinədarı olduğu bildirilir.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır. (Apa)


Teqlər:  





Xəbər lenti