Baş Prokurorluqdan İsmayıl Ömərovla bağlı təkzib

Baş Prokurorluqdan İsmayıl Ömərovla bağlı təkzib
  23 İyul 2013    Oxunub:952
İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərova qarşı 15 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işinin qaldırılması barədə mətbuatda məlumat yayılıb.
AzVision.az xəbər verir ki, Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuatda yayılan bu informasiyaya münasibət bildirib.

O məlumatı təkzib edib: “Belə bir cinayət işi başlanmayıb. KİV-də bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Eldar Sultanov həmçinin millət vəkili Aydın Abbasov barədə Korrupsiyaya Mübarizə İdarəsi tərəfindən araşdırma başlanması ilə bağlı məlumata da münasibət bildirilib.

Onun sözlərinə görə, millət vəkili Aydın Abbasovla bağlı heç bir araşdırma başlanılmayıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti