Aksiyalara getdiyi üçün Ərdoğandan üzr istədi

Aksiyalara getdiyi üçün Ərdoğandan üzr istədi
  23 İyul 2013    Oxunub:1268
Gezi hadisələrində fəal iştirak edən məşhurlardan biri, aktyor Şafak Sezer baş nazir Ərdoğanın əlini öpmək istəyib.
Məşhur simalar ötən gecə hakim Ədalət və İnkişaf partiyasının İstanbulda təşkil etdiyi iftar qonaqlığında iştirak edib. Ziyafətə qatılan məşhur komediya aktyoru Şafak Sezer baş nazirin masasına yazınlaşıb və baş nazirdən üzr istəyib. Beş dəqiqə davam edən söhbətə Sezerin aktyor dostları və Əminə Ərdoğan da qoşulub.

Gəzi parkı aksiyalarından fəallığı ilə seçilən aktyorun Ərdoğanın əlindən öpmək istəməsi və səmimi söhbəti sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Aktyor həmkarları Sezeri sərt tənqid edib, onu yaltaq və qorxaq adlandırıb. Aktyor isə ittihamlara “Əgər kimisə sevmək yaltaqlıq, qorxaqlıqdısa o zaman mən baş nazirimi çox sevirəm” deyə cavab verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti