Bu gün 22 dərəcə isti olacaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer teziqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz olacaq.
Mayın 6-8-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacaq.
AzVision.az