Boşanmadan sonra uşaq kimə verilməlidir? - Yenilik

Boşanmadan sonra uşaq kimə verilməlidir? - Yenilik
  06 May 2016    Oxunub:5555
Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan dəyişiklik layihəsi parlamentin Ailə, qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, eləcə də Gənclər və idman komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
AzVision.az-ın verdiyi xəbərə görə, müzakirələrdə qeyd edilib ki, Məcəllənin 22.2.1-ci maddəsi yeni redaksiyada verilir.

Təklif olunan dəyişikliyə görə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir.

İclasda həmçinin, Məcəllənin 23.3-cü maddəsinə əlavələr edilməsi məsələsinə də baxılıb. Əlavəyə görə, "çıxarışı" sözündən sonra "nikahın pozulmasının dövlət qeydiyyatı üçün" sözləri əlavə edilib. Eyni zamanda, 112.1-ci maddəyə "bu qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir" cümləsi əlavə edilib.

Həmçinin, Məcəllənin 180.1 və 180.2-ci maddələri yeni redaksiyada verilib:

180.1. Müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasını dövlət qeydiyyatını aparır.

180.2. Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.

Qeyd edək ki, məcəlləyə təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti