Ev alan jurnalistlərin nəzərinə!

Ev alan jurnalistlərin nəzərinə!
  23 İyul 2013    Oxunub:1136
“Bir neçə günə evlərin açarları jurnalistlərə veriləcək”.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) İcraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, bir neçə gündən sonra bütün jurnalistlər mənzillərinin açarını alacaq. Bundan əlavə binanın daimi olaraq suyu olacaq: “Bunun üçün iki hovuz quraşdırılıb. Binada istiliyi təmin etmək üçün kombi sistemi quraşdırılıb”.

Yeni tikilən binadan danışan KİV DF sədri bildirib ki, bu binanın fərqi ondan ibarətdir ki, o, 3 girişdən ibarət olacaq və 250 mənzili olacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti