Davudoğlunun sirli istefası, müharibə ehtimalı - Gündəm dəyişdi

Davudoğlunun sirli istefası, müharibə ehtimalı - Gündəm dəyişdi
  06 May 2016    Oxunub:3705
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 5-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Gəncədə qumbara partladıldı - İki ölü, iki yaralı (Yenilənib)

Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

***

`Rusiya Qarabağ münaqişəsinin həllini istəmir` - Avropalı ekspert

“Dağlıq Qarabağ münaqişəsi hələ uzun müddət həll edilməyəcək və ya nizamlanma prosesi baş tutmayacaq. Çünki Rusiyanın regionda prioritet mövqeləri var”. Bunu Polşa Beynəlxalq münasibətlər İnstitutunun siyasi eksperti Konrad Zaştovt Dağlıq Qarabağ və Avropa İttifaqının mövqeyi barədə danışarkən bildirib.

***

Ərdoğan Davudoğlunu kimlə əvəzləyir? - Namizədlər açıqlandı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçiriləcək.

***

İşdən çıxarılan baş həkim: `Özüm istefa verdim`

“Səhhətimlə əlaqədar olaraq baş həkimlikdən istefa verdim”. Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) baş həkimi Sabit Hüseynzadə deyib.

***

`Ermənistana təzyiq olmasa, müharibə qaçılmazdır` - Əli Həsənov

“Neçəki Azərbaycanın işğal altında olan torpaqları qaytarılmayıb, neçəki işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, Dağlıq Qarabağın ətrafında gedən proseslərə son qoyulmayıb, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik davam edəcək. Biz istəsək də, istəməsək də davam edəcək”. Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib.

***

Uorlik daşnaklarla Qarabağı müzakirə edib

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-da “Ay Dat” erməni icmasının nümayəndələri ilə görüşüb.

***

`Tramp heç vaxt prezident seçilməyək ` - Klinton

Amerikalılar heç vaxt Donald Trampı ölkə prezidenti seçməyəcək. Bunu Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton “CNN” telekanalına müsahibəsində deyib.



Barak və Mişel Obama robotla rəqs etdi - VİDEO

ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama "Ulduz müharibələri" filminin `Starwith Star Wars` `Robots R2-D2` və `Storm Troopers` adlı əfsanəvi robot qəhrəmanları ilə rəqs edib.

***

Dollarla kredit verilməyəcək - Qadağa qüvvədə qaldı

Maliyyə Bazarlarına Nəzarət Palatasının ötən gün növbəti iclası keçirilib.

***

İlin sonundan başlayaraq yeni şəxsiyyət vəsiqələri veriləcək

“Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

***

Ermənistan parlamenti mayın 10-da `DQR`-nı müzakirə edəcək

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.

***

`Vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək` - İnam Kərimov

“ASAN Kommunal” mərkəzlərində həm hüquqi, həm də fiziki şəxslərə kommunal xidmətlər “ASAN Xidmət” prinsipləri, standartları əsasında həyata keçiriləcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

***

İrəvan `DQR`-nı Moskva ilə müzakirə etməyib - Peskov

Moskva ümid edir ki, Qarabağda münaqişə tərəfləri olduqca kövrək atəşkəsin pozulması ilə nəticələnə biləcək addımlardan çəkinəcək. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.



`ASAN Kommunal` mərkəzləri büdcədən maliyyələşməyəcək

“ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

***

Türkiyənin yeni baş naziri mayın 22-də bilinəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayının vaxtı açıqlanıb.

***

Rusiyadan İrəvana xəbərdarlıq: `Bakı sərt cavab verəcək`

İrəvanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” tanınması yönündə atdığı addım rəsmi Bakının kəskin reaksiyasına səbəb olacaq və təmas xəttində vəziyyət gərginləşəcək. Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski “RBC” agentliyinə müsahibəsində bildirib.

***

`Ermənistan davamlı olaraq atəşkəsi pozur` - XİN rəsmisi

Mayın dördündə Cenevrə şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra’ad Al Hussein arasında görüş keçirilib.



Azərbaycanda Metsamor AES əleyhinə kampaniya başladıldı

Azərbaycanda bir qrup blogger Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması çağırışı ilə kampaniyaya başlayıb.

***

Davudoğlu istefa verdi və səbəbini açıqladı (VİDEO)

“Anlaşma olmayan yerdə iddiaçı olmuram. Kimsənin də qəlbini qırmaram. Ona görə də qərara aldım ki, istefa verim”. Bunu Türkiyənin Baş nazir Əhməd Davudoğlu istefası ilə bağlı çıxışında deyib.

***

`Google` əleyhinə imzatoplama kampaniyası başladı

Şirkət Azərbaycan ərazilərinin adlarını təhrif edir.

***

Yaponun tualet savabı - KARİKATURA

Yaponlarda ilahi başlanğıc kimi təbiətə hörmət və etiqad onların qədim dinləri olan sinto dinindən irəli gəlir.

***

Rəsmi Bakı tələb edir - Kəlbəcər girovları azad edilməlidir
Cenevrə şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer arasında görüş keçirilib.

***

ABŞ-ın sorğu şirkəti: Əhalinin 96.8 faizi İlham Əliyevə etibar edir

Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasından sonra yüksəlib.



İlham Əliyev ailəsi ilə Avropa çempionatının açılışında - FOTOLAR

Mayın 5-də Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib.

***

Sarksiyandan geriyə addım: `DQR` tanınmayacaq

Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün `Facebook` səhifəsində hökumətin “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi xəbərləri təkzib edib.

***

Erməni hərbçi yanaraq öldü

Ermənistan daha bir hərbçisini itirib.

***

Milli Şuranın gizli qrupu ifşa oldu - Yeni qalmaqal (FOTOFAKT)

Milli Şuranın Koordinasiya Mərkəzinin son iclasında yazıçı-publisist Mehriban Vəzir qurumdan xaric edilib. Buna səbəb kimi onun Milli Şuranın prinsiplərinə zidd hərəkətlərə yol verməsi göstərilib.

***

`Orxan İlhaməni səs yazısı ilə şantaj edirdi` - ŞOK İDDİA

Müğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onu məhkəməyə vermək istəyinə münasibət bildirib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti