Azərbaycanda 78 icra başçısının müavini qadındır

Azərbaycanda 78 icra başçısının müavini qadındır
  06 May 2016    Oxunub:2144
“Gəncə 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Qadınlar Zirvədə” layihəsinin təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, “Qadınlar Zirvədə” layihəsinin təqdimatında əsas diqqət gender bərabərliyinə həsr olunub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin üzvü Pərvin Kərimzadə, əcnəbi ölkənin nümayəndələri və şəhər ictimaiəti iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu layihə gənc qızlara həyatlarında irəliləməsinə dəstək olacaqdır.

Ölkədə həyata keçirilən qadın siyasətindən danışan Hicran Hüseynova bildirib ki, Azərbaycan qadını müxtəlif dövrlərdə bütün sahələrində cərəyan edən proseslərdə kişilərlə bərabər fəal iştirak edib. Qadınlar bu gün yüksək vəzifələrdə də təmsil olunur, deyən komitə sədri əlavə edib ki, hazırda ölkədə 200-dən çox qadın təşkilatı fəaliyyət göstərir.



Hicran Hüseynova qeyd edib ki, 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib. Növbəti illərdə də qadınların bütün sahələrdə irəliləməsi üçün lazımı şərait yaradıldığını bildirən Hicran Hüseynova qeyd edib ki, Azərbaycan gender bərabərliyi sahəsində beynəlxalq konvensiyalara qoşulub, dövlət komitəsi yaradılıb, qanunlar və proqramlar, normativ sənədlər qəbul olunub.

Ermənistanının işğalçılıq siyasəti nəticəsində yaranan Azərbaycan qadınının üzləşdiyi çətinliklər barədə də məlumat verən Hicran Hüseynova bildirib ki, gender bərabərliyi hətta ən çətin zamanda da dövlətin diqqətindədir. Azərbaycanda 85 şəhər və rayon İcra Hakimiyyəti başçısı olduğunu bildirən komitə sədri vurğulayıb ki, onlardan biri xanımdır, digər 84 başçının 78-nin müavinlərindən 1 və ya 2-i xanımdır. Əgər ilk bələdiyyə seçkisində qadınlar 4 faiz təşkil edirdisə, aparılan iş sahəsində növbəti seçkidə bu rəqəm 25 faizə, sonuncu seçkidə isə 38 faizə yüksəlib.



Hicra Hüseynova qeyd edib ki, hazırda daha çox qadınların biznes sahəsində uğur qazanması üçün tədbirlər görülür. Bunun üçün regionlarda xüsusi resurs mərkəzləri yaradılıb. Artıq ölkədə qadın sahibkarların sayı 20 faizə çatıb. Milli Məclisin üzvü Pərvin Kərimzadə isə bildirdi ki, Azərbaycan qadını beynəlxalq aləmdə də öz sözünü deyir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində mühüm iş aparır. Pərvin Kərimzadə qeyd edib ki, Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, adət-ənənəsini ölkə xarıcındə təmsil edir. Millət vəkili “Xocalıya ədalət” kompaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyal Əliyevanın rəhbərliyi ilə aparılan fəaliyyəti də xüsusi qeyd edib.

Avropa Gənclər Forumunun İdarə heyətinin üzvü Lora Lyubanova qadın məsələlərində gənc qızların iştirakını, onların fəallığının artırılmasını vacib sayıb. Lora Lyubanova bildirib ki, qadınlar gələcək nəslin necə yaşamasını müəyyənləşdirir. Bunun üçündə qadınlara təlimlərin keçirilməsinin önəmliliyini vurğulayıb. Böyük Britaniyanın Beynəlxalq Gənclər təşkilatının nümayəndəsi Pegah Moulana isə gənc qızların müxtəlif sahələrdə uğurlar əldə etməsi üçün mövcud streotipləri qırmaqla bağlı öz təcrübəsindən danışıb. Pegah Moulana bidirib ki, qadınların hələ uşaqlıq dövründə keçirdiyi həyat tərzi onların gələcəyini müəyyənləşdirir.

Estoniyanın Milli Gənclər Şurasının nümayəndəsi Kristen Aiqro gender bərabərliyinin təmin olunması üçün mövcud təcrübələrdən söz açaraq bildirib ki, qadınlar azad seçim hüququ var və hər kəs buna tolerantlıqla yanaşmalıdır. Dünya Skaut qızlar Assosiasiyasının nümayəndəsi İlmi Salminen və Avstriya Milli Gənclər şurasının nümayəndəsi Karina Autenqruber diqqəti Avropada gender bərabərliyi sahəsində mövcud problemlərə, məişət qorakılığına yönəltdilər. Qeyd etdilər ki, Məişət zorakılığı bütün cəmiyyət üçün aktual problemdir və buna qarşı birgə mübarizə aparılması daha səmərəli olacaq. Sonda tədbirdə ekspertlər iştirakçıların suallarını da cavablandırıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti